Naxçıvan Muxtar Respublikası Dövlət Arxivinin şöbə müdiri Nilufər Ağayevanın “Əcəmi Naxçıvani irsinə göstərilən dövlət qayğısı” adlı məqaləsi mətbuatda dərc edilib

Baxış sayı : 86

     Naxçıvan Muxtar Respublikası Dövlət Arxivinin şöbə müdiri Nilufər Ağayevanın “Şəhərsalma və Memarlıq ili” münasibətilə qələmə aldığı məqaləsi  “Səs” qəzetinin saytında dərc edilib.

    Müəllif məqalədə qeyd edir ki, müstəqillik illərində ölkəmizdə tarix və memarlıq abidələrinə dövlət qayğısı yüksək səviyyədə olmuşdur. Həmin abidələrə möhtəşəm sənət əsərlərinin müəllifi olan Əcəmi Naxçıvaninin bu günədək gəlib çıxmış memarlıq abidələri də aiddir. Naxçıvanın orta əsrlər tarixini özündə əks etdirən bu abidələri qoruyub, tədqiq edib gələcək nəsillərə çatdırmaq dövlətimizin mədəniyyət siyasətinin başlıca məqsədidir. Əcəmi  Naxçıvani şəxsiyyətinə ilk qiyməti məhz Ümummilli Lider Heydər Əliyev vermiş onun təşəbbüsü ilə memar  Əcəmi Naxçıvaninin 850 illik yubileyi 1976-ci ildə təntənəli şəkildə qeyd olunmuşdur. 

    Ölkəmizdə dahi memarın irsinə göstərilən dövlət diqqəti bu gün də davam etdirilir, o cümlədən cənab prezident İlham Əliyev tərəfindən imzalanmış Əcəmi Naxçıvaninin 900 illiyinin qeyd edilməsi haqqında 30 dekabr  2025-ci il tarixli sərəncamında Əcəmi Naxçıvaninin 900 illiyinin qeyd edilməsi nəzərdə tutulurdu. Bu sərəncamdan irəli gələrək  memarın 900 illik yubileyi ilə əlaqədar  beynəlxalq və respublika səviyyəsində bir sıra tədbirlər keçirilmişdir. Mömünə xatun türbəsinin yaxınlığında “Əcəmi Seyrəngahı Kompleksi”  yaradılması və  2026-cı ilin 11 avqustunda cənab Prezident İlham Əliyev tərəfindən memarın yeni ucaldılmış abidəsinin rəsmi açılış mərasiminin baş tutması da məhz həmin tədbirlərdən biri idi.

     Məqalənin tam mətni ilə BURADAN tanış ola bilərsiniz.