Naxçıvan Muxtar Respublikası Dövlət Arxivinin qəbul mənbəyi olan idarə, müəssisə və təşkilatların arxiv işçiləri üçün növbəti seminar keçirilib

Baxış sayı : 45

     Sentyabrın 24-də Naxçıvan Muxtar Respublikası Dövlət Arxiv İdarəsində Naxçıvan Muxtar Respublikası Dövlət Arxivinin komplektləşdirmə mənbəyi olan nazirlik, komitə, idarələrin arxiv işçiləri üçün “Sənədlərin dəyərinin ekspertizasının aparılması, sənədlərin sistemləşdirilməsi və işlərin nomenklatur-siyahısının  hazırlanması” mövzusunda  seminar keçirilib.

     Naxçıvan Muxtar Respublikası Dövlət Arxivinin direktoru Şahin Əliyarov çıxış edərək ənənəvi olaraq keçirilən seminarın əhəmiyyətindən bəhs edib.

    Mövzu üzrə çıxış edən Naxçıvan Muxtar Respublikası Dövlət Arxiv İdarəsinin baş məsləhətçisi Cəfər Məmmədhəsənov tərəfindən idarə, müəsisə və təşkilatlarda sənədlərin dəyərinin ekspertizası işinin təşkili və rəsmiləşdirilməsi, Ekspert Komissiyasının vəzifə və funksiyaları, saxlama vahidlərinin formalaşdırılması, daimi, uzun müddət saxlanılan və işçi heyətə aid işlərin siyahılarının hazırlanması, işlərin nomenklatur-siyahısının tərtib edilmə qaydası haqqında ətraflı məlumat verilib.

     Seminar diskussiya şəraitində davam etmiş, iştirakçıların sualları cavablandırılmışdır.