Naxçıvan Muxtar Respublikası Dövlət Arxiv İdarəsində “Uşaq Hüquqları Aylığı” münasibətilə tədbir keçirilib

Baxış sayı : 6

     Noyabrın 6-da Naxçıvan Muxtar Respublikası Dövlət Arxiv İdarəsində 20 oktyabr-20 noyabr tarixləri ölkəmizdə elan edilmiş “Uşaq Hüquqları Aylığı” çərçivəsində tədbir keçirilib.

     Tədbiri giriş sözü ilə Naxçıvan Muxtar Respublikası Dövlət Arxivinin direktoru Şahin Əliyarov açaraq mövzunun aktuallığını vurğulayıb.

     Daha sonra Arxiv fond sənədlərindən istifadə edilməsi və publikasiya şöbəsinin müdiri Nilufər Ağayeva “Azərbaycan dövləti uşaq hüquqlarının müdafiəsini və uşaqların rifahını dövlət siyasətinin əsas prioritetlərindən biri kimi müəyyən edib” mövzusunda çıxış edib. O, uşaq hüquqlarının qorunması istiqamətində beynəlxalq sənədlərdən, Azərbaycanın bu sahədə qəbul etdiyi qanunvericilik aktlarından və həyata keçirilən dövlət siyasətindən bəhs edib.

     Şöbənin aparıcı arxeoqrafı Rəfael Sadiqov isə “Sağlam cəmiyyətin təməli: Uşaq hüquqlarının müdafiəsi və inkişaf imkanları” mövzusunda çıxış edərək uşaqların cəmiyyətin ən qiymətli sərvəti olduğunu bildirib, onların milli-mənəvi dəyərlərə sadiq, sağlam və hərtərəfli inkişaf etmiş şəxsiyyətlər kimi yetişdirilməsinin vacibliyini qeyd edib.

     Tədbirdə uşaq hüquqlarının qorunmasının, uşaqların rifahının və gələcək inkişafının təmin edilməsinin cəmiyyət və dövlət qarşısında mühüm vəzifə olduğu vurğulanıb.