Martın 6-da Naxçıvan Muxtar Respublikası Dövlət Arxiv İdarəsində 8 Mart Beynəlxalq Qadınlar Günü münasibətilə tədbir keçirilib. Bayram münasibətilə idarə rəhbərliyi tərəfindən kollektivdə çalışan qadın əməkdaşlar təbrik olunub, onlara xoş arzular çatdırılıb və xatirə hədiyyələri təqdim olunub.
Sonda xatirə şəkilləri çəkdirilib və qadın əməkdaşlara gələcək fəaliyyətlərində uğurlar arzulanıb.