Naxçıvan Muxtar Respublikası Dövlət Arxiv İdarəsinin Rəisi

Baxış sayı: 922
history

Naxçıvan Muxtar Respublikası Dövlət Arxiv İdarəsinin Rəisi

Məmmədov Mehman Abdulla oğlu

13 noyabr 1969-cu ildə Naxçıvan şəhərində anadan olub. 1993-cü ildə Azərbaycan Kənd Təsərrüfatı Akademiyasını bitirib.

1993-cü ildən 1998-ci ilədək Babək rayon Texnika Birliyində əvvəlcə mühəndis, daha sonra baş mühəndis vəzifələrdə çalışıb.

1998-ci ildə Azərbaycan Respublikası Milli Təhlükəsizlik Nazirliyinə həqiqi hərbi xidmətə qəbul edilib. Müxtəlif vəzifələrdə həqiqi hərbi xidmət keçib. 2017-ci ildə Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətindən ehtiyata buraxılıb. Polkovnik-leytenantdır.

20 fevral 2017-ci il tarixdə Naxçıvan Muxtar Respublikası Ali Məclisi sədrinin sərəncamı ilə Naxçıvan Muxtar Respublikası Dövlət Arxiv İdarəsinə rəis vəzifəsinə təyin olunub. Yeni Azərbaycan Partiyasının üzvüdür.