Naxçıvan Muxtar Respublikası Dövlət Arxivinin şöbə müdiri Nilufər Ağayevanın “Bayraq sevgisi gənclərin milli kimliyinin simvoludur” adlı məqaləsi saytda dərc edilib.

Baxış sayı : 8

    Naxçıvan Muxtar Respublikası Dövlət Arxivinin şöbə müdiri Nilufər Ağayevanın  9 noyabr Dövlət Bayrağı gününə həsr olunmuş  “Bayraq sevgisi gənclərin milli kimliyinin simvoludur” adlı puplisistik məqaləsi naxcivanxeberleri.az saytında dərc edilib.

     Məqalədə müəllif qeyd etmişdir ki, bayraq sevgisi ilk öncə ailədə formalaşır. Məktəbəqədər təhsil müəssisələrində isə bu sevgi davam etdirilir və daha sonra məktəblərdə möhkəmləndirilir. Uşaq yaşlarından bayraq sevgisi ilə böyüyən bir gənclik məhz o, bayraq uğrunda canından keçməyə hazır vətənpərvər  kimi yetişir.  44 günlük Vətən müharibəsində həmin bayraq sevgisi ilə böyümüş vətənpərvər gənclərin sayəsində biz əzəli torpaqlarımızı işğaldan azad etmişik.

     Ulu Öndərimiz Heydər Əliyevin “Azərbaycan bayrağı, sadəcə, bayraq deyil. O, bizim dövlətçiliyimizin, müstəqilliyimizin rəmzidir. Bu, bizim müstəqil dövlətimizin rəmzidir. Ona görə də gərək hər bir Azərbaycan vətəndaşı, xüsusən gənc nəsil bunu dərk etsin, qiymətləndirsin”  fikrindən sitat gətirən  müəllif  məqaləsində dahi liderin bu sözlərinin gənclərin həyat devizinə çevrilməsindən, milli dövlətçiliyin və müstəqilliyin mənasını dərindən dərk edən gənclərin  bayrağını yüksək məhəbbətlə sevməsindən bəhs edib.

Məqalənin tam mətni ilə BURADAN tanış ola bilərsiniz.