Naxçıvan Muxtar Respublikası Dövlət Arxiv İdarəsinin bir qrup əməkdaşı təltif edilib

Baxış sayı : 178

        Naxçıvan Muxtar Respublikası Ali Məclisi sədrinin birinci müavini Bəxtiyar Məmmədov dekabrın 17-də Naxçıvan Muxtar Respublikası Dövlət Arxiv İdarəsinin bir qrup əməkdaşının təltif edilməsi haqqında Sərəncam imzalayıb.

Sərəncamda deyilir:

“Naxçıvan Muxtar Respublikası Konstitusiyasının 5-ci maddəsinin II hissəsinin 22-ci bəndini və 30-cu maddəsini rəhbər tutaraq qərara alıram:

Naxçıvan Muxtar Respublikasında arxiv işi sahəsində səmərəli fəaliyyətlərinə görə aşağıdakı şəxslər təltif edilsinlər:

 

“Naxçıvan Muxtar Respublikasına xidmətlərə görə” nişanı ilə

Məmmədhəsənov Cəfər Vaqif oğlu

“Rəşadətli əməyə görə” nişanı ilə

Bağırova Aynurə Əsgər qızı

Bağırova Sona Fərəməz qızı

Qasımova Xədicə İsmayıl qızı

Quliyeva Lətifə Lətif qızı

Quliyeva Solmaz Lətif qızı”.