Xocalı soyqırımının 34-cü ildönümünə həsr olunmuş anım tədbiri keçirilib

Baxış sayı : 140

          Fevralın 25-də Naxçıvan Muxtar Respublikası Dövlət Arxiv İdarəsində 20-ci əsrin ən dəhşətli faciələrindən biri olan Xocalı soyqırımının 34-cü ildönümü ilə bağlı anım tədbiri keçirilib.

          Əvvəlcə Xocalı faciəsi qurbanlarının və ölkəmizin ərazi bütövlüyü uğrunda canından keçən bütün şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

          Daha sonra idarənin rəhbəri Mehman Məmmədov çıxış edərək Xocalı soyqırımının bəşəriyyətə qarşı törədilmiş ən ağır cinayətlərdən biri olduğunu vurğulayıb. Qeyd olunub ki, bu gün Xocalı şəhidlərinin ruhu şaddır, ordumuz torpaqlarımızı işğaldan azad edib və şəhidlərimizin qisası alınıb.

 

          Tədbir çərçivəsində Arxiv fondlarının və kino-foto sənədlərinin mühafizəsi şöbəsinin müdiri T. Həsənova, İnformasiya, axtarış şöbəsinin müdiri G. Hüseynova, Kəngərli Rayon Dövlət Arxivinin müdiri N. Ağayeva çıxış ediblər.