Tələbələr Dövlət Arxivində təcrübə keçiblər.

Baxış sayı : 37
image

İyunun 20-də Naxçıvan Muxtar Respublikası Dövlət Arxiv İdarəsində Naxçıvan Dövlət Universitetinin Tarix-filologiya fakültəsinin "Tarix" ixtisası üzrə IV kurs tələbələrinin Naxçıvan Muxtar Respublikası Dövlət Arxivində keçdikləri istehsalat təcrübəsinin yekunlarına həsr edilmiş tədbir keçirilmişdir.

 

Tədbirdə Naxçıvan Muxtar Respublikası Dövlət Arxiv İdarəsinin rəisi Mehman Məmmədov giriş sözü ilə çıxış edərək bu cür təcrübələrin gənclərin peşəkar inkişafında mühüm rol oynadığından bəhs etmiş, belə təşəbbüslərin vacibliyini vurğulamış və tələbələrə gələcək fəaliyyətlərində uğurlar arzulamışdır.

 

Tədbirin gedişində Naxçıvan Muxtar Respublikası Dövlət Arxivinin şöbə müdirləri Zülfiyə İsmayılova, Türkay Həsənova, Naxçıvan Dövlət Universitetinin müəllimi, tarix üzrə fəlsəfə doktoru, dosent Ələkbər Cabbarlı və Naxçıvan Dövlət Universitetinin Tarix-filologiya fakültəsinin "Tarix" ixtisası üzrə IV kurs tələbəsi Leyla Zamanlı çıxış edərək Naxçıvanda arxiv quruculuğu, müasir cəmiyyətin sosial-mədəni inkişafında arxivlərin rolu, tələbələrin ixtisaslı kadr kimi formalaşmasında istehsalat təcrübəsinin əhəmiyyəti və bu təcrübələrin tələbələrə qazandırdığı imkanlar haqda məruzələr dinlənilmişdir.

 

Sonda idarə rəhbərliyi tərəfindən tələbələrə xasiyyətnamələr təqdim edilmişdir.

 

Tələbələr də öz növbəsində yaradılan şəraitə və göstərilən diqqətə görə rəhbərliyə və əməkdaşlara öz təşəkkürlərini bildirmişlər.

 

Tədbir xatirə fotoları ilə sona çatıb.