Tələbələr Dövlət Arxiv İdarəsində təcrübə keçiblər

Baxış sayı : 86
image

    Naxçıvan Dövlət Universitetinin Tarix-Filologiya fakültəsinin “Muzey, arxiv işi və abidələrin qorunması” ixtisası üzrə IV kurs tələbələri 7 aprel – 23 may 2025-ci il tarixlərində Naxçıvan Muxtar Respublikası Dövlət Arxiv İdarəsində istehsalat təcrübəsi keçiblər.

    Bir əsrlik tarixə malik olan və Naxçıvanın zəngin keçmişini özündə əks etdirən Dövlət Arxiv İdarəsində təşkil olunan təcrübənin əsas məqsədi tələbələrin nəzəri biliklərinin praktik bacarıqlarla möhkəmləndirilməsi, gələcək peşə fəaliyyətlərində vacib vərdişlərin aşılanması olub.

   Təcrübə müddətində tələbələr Dövlət Arxivinin strukturu, şöbələrin iş prinsipləri və arxiv sənədləri ilə iş qaydaları ilə yaxından tanış olublar.

   Tələbələrin belə təcrübə proqramlarında iştirakı onların peşə hazırlığının mühüm tərkib hissəsi olmaqla yanaşı, arxiv işi sahəsində gələcək kadr potensialının formalaşmasında da əhəmiyyətli rol oynayır.

    Əldə edilən bilik və bacarıqlar tələbələrin gələcək fəaliyyətində mühüm rol oynayacaq və onlara bu məsuliyyətli yolda uğurlar arzulanıb.