Naxçıvan Muxtar Respublikası Nazirlər Kabinetində Naxçıvan Muxtar Respublikası Baş nazirinin sədrliyi ilə 2025-ci ilin ilk altı ayı ərzində görülən işlərin yekunları və qarşıdakı dövr üçün nəzərdə tutulan fəaliyyət planlarının müzakirəsinə həsr olunmuş müşavirə keçirilib.
Müşavirəni giriş sözü ilə açan Naxçıvan Muxtar Respublikasının Baş naziri Ceyhun Cəlilov qeyd edib ki, cənab Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə uğurla həyata keçirilən davamlı sosial-iqtisadi inkişaf strategiyası muxtar respublikada da genişmiqyaslı islahatlarla müşayiət olunur. İqtisadiyyatın şaxələndirilməsi, infrastruktur layihələrinin genişləndirilməsi, yerli sənaye və kənd təsərrüfatının inkişafı, eləcə də sosial sahələrdə həyata keçirilən yeniliklər regionun dayanıqlı inkişafına əhəmiyyətli töhfə verməkdədir.
Müşavirədə Naxçıvan Muxtar Respublikası Dövlət Statistika Komitəsinin sədri Hüseyn Bağırovun, maliyyə naziri Həsən İsmayılovun, iqtisadiyyat naziri Kazım Hüseynəliyevin, Naxçıvan Muxtar Respublikası Nazirlər Kabineti Aparatının rəhbəri Sahir Rüstəmovun və "Naxçıvan Avtomobil Yolları Dövlət Agentliyi" publik hüquqi şəxsin İdarə Heyəti sədrinin müavini, sədr vəzifəsini müvəqqəti icra edən Rövşən Sadıxovun 2025-ci ilin I yarımili ilə bağlı məruzələri dinlənilib.