Naxçıvan Muxtar Respublikası Dövlət Arxivinin əməkdaşının məqaləsi xarici elmi jurnalda çap olunub

Baxış sayı : 9

     Naxçıvan Muxtar Respublikası Dövlət Arxivinin əməkdaşı Rəfael Sadiqovun “Naxçıvanın memarlıq intibahı: Heydər Əliyev dövründə şəhərsalma və modernləşmə strategiyası (1969-1982)” adlı elmi məqaləsi Polşanın “Polish Journal of Science” jurnalının 98 nömrəli sayında “Architectural renaissance of Nakhchivan: Urban planning and modernization strategy during the Heydar Aliyev era (1969–1982)” başlığı ilə dərc edilmişdir.

     Məqalədə Heydər Əliyevin 1969-1982-ci illərdə Azərbaycana rəhbərliyi dövründə Naxçıvan şəhərində şəhərsalma siyasətinin ardıcıl və strateji şəkildə həyata keçirilməsi, yeni yaşayış komplekslərinin və mikrorayonların salınması, həmçinin sosial infrastruktur obyektlərinin inkişafı, bu dövrdə həyata keçirilən tikinti və modernləşdirmə təşəbbüslərinin şəhər mühitinin yenilənməsinə, əhalinin yaşayış şəraitinin yaxşılaşdırılmasına və urbanizasiya prosesinin daha səmərəli təşkilinə xidmət etməsi kimi məsələlər araşdırılıb.

   Sözügedən nəşrdə məqalənin çap olunması əməkdaşımızın elmi fəaliyyətinin beynəlxalq səviyyədə tanınmasının göstəricisidir.

      Əməkdaşımızı təbrik edir, gələcək elmi fəaliyyətində uğurlar arzulayırıq.

      Məqalə ilə Buradan (səhifə 53) tanış ola bilərsiniz.