Naxçıvan Muxtar Respublikası Dövlət Arxivinin aparıcı arxeoqrafı Rəfael Sadiqovun “Naxçıvana tarixi səfər: Yeni inkişaf xəritəsinin əsas istiqamətləri” adlı məqaləsi mətbuatda dərc edilib

Baxış sayı : 120

     Naxçıvan Muxtar Respublikası Dövlət Arxiv İdarəsinin aparıcı arxeoqrafı Rəfael Sadiqovun Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 11 avqust 2026-cı il tarixində muxtar respublikaya reallaşan tarixi səfərinə və regionun gələcək kompleks inkişaf perspektivlərinə həsr olunmuş “Naxçıvana tarixi səfər: yeni inkişaf xəritəsinin əsas istiqamətləri” adlı analitik məqaləsi “İki sahil” qəzetinin saytında dərc edilib.

     Məqalədə dövlət başçısının səfəri çərçivəsində muxtar respublikanın qarşıdakı inkişaf mərhələsi üçün müəyyənləşdirilən strateji prioritetlərə — iqtisadiyyatın şaxələndirilməsi, sənaye potensialının artırılması, yaşıl enerji infrastrukturunun genişləndirilməsi və nəqliyyat-logistika imkanlarının gücləndirilməsinə nəzər salınır. Müəllif zəngin faktlar əsasında 310 hektarlıq Naxçıvan Sənaye Parkının yaradılmasını, Naxçıvan Günəş Elektrik Stansiyasının fəaliyyətini, Zəngəzur koridoru üzrə enerji bağlantılarını və şəhər nəqliyyatı üçün 60 yeni elektrik avtobusunun alınması layihələrini geniş işıqlandırıb.  

     Tədqiqat xarakterli yazıda, eynilə Naxçıvan şəhərinin 2044-cü ilədək inkişafına dair Baş Planın təqdim olunması, DOST Regional Mərkəzinin qurulması, XII əsrə aid nadir memarlıq abidəsi Möminə xatun türbəsindəki bərpa işləri və yeni komando hərbi hissələrinə Döyüş bayraqlarının verilməsi kimi mühüm hadisələr təhlil olunub. Müəllif qeyd edir ki, səfərin ardınca imzalanan müvafiq Prezident Sərəncamı bu prioritet layihələrin ardıcıl və səmərəli reallaşdırılması üçün möhkəm zəmin yaradır.

     Məqalənin tam mətni ilə BURADAN tanış ola bilərsiniz.