Naxçıvan Muxtar Respublikası Dövlət Arxiv İdarəsinin əməkdaşları üçün əməyin mühafizəsi üzrə maarifləndirici təlim keçirilib

Baxış sayı : 47

            Yanvarın 29-da “Naxçıvan Təlim Mərkəzi” PHŞ və “Əməyin Mühafizəsi Mərkəzi” PHŞ-nin Naxçıvan filialının birgə təşkilatçılığı ilə Naxçıvan Muxtar Respublikası Dövlət Arxiv İdarəsinin əməkdaşları üçün əməyin mühafizəsi mövzusunda təlim təşkil olunub.

            Təlimin əsas məqsədi əməkdaşların təhlükəsiz və sağlam iş şəraitinin təmin olunması, əməyin mühafizəsi sahəsində qanunvericiliyin tələblərinin izah edilməsi, iş yerlərində risklərin düzgün qiymətləndirilməsi bacarıqlarının artırılması olmuşdur.

            Təlim zamanı “Əməyin Mühafizəsi Mərkəzi” PHŞ-nin Naxçıvan filialının müdiri Ruslan Ələkbərov və filialın əməkdaşı Mahmud Rzalı çıxış edərək əməyin mühafizəsinin əsas prinsipləri, işəgötürən və işçilərin məsuliyyətləri, istehsalatda təhlükəsizlik qaydalarına riayət edilməsinin əhəmiyyəti, mümkün istehsalat riskləri, onların qarşısının alınması və fövqəladə hallarda davranış qaydaları haqqında məlumat veriblər.