Naxçıvan Muxtar Respublikası Dövlət Arxiv İdarəsində “Etik davranış qaydaları, etika fərdi və peşəkar kontekstdə” mövzusunda təlim keçirilib.

Baxış sayı : 116

       Noyabrın 21-də Naxçıvan Muxtar Respublikası Dövlət Arxiv İdarəsində “Etik davranış qaydaları, etika fərdi və peşəkar kontekstdə” mövzusunda təlim keçirilib.

       Naxçıvan Muxtar Respublikası Dövlət Arxiv İdarəsinin 2025-ci il İş Planına uyğun olaraq keçirilən təlimdə Dövlət Arxiv İdarəsinin, Dövlət Arxivinin əməkdaşları iştirak edib.

       İdarənin kadr işləri üzrə baş məsləhətçisi Şəhanə İmanova tərəfindən əməkdaşlara etikanın mahiyyəti , etika və əxlaq anlayışının fərqi , fərdi və peşəkar etikanın qarşılıqlı əlaqəsi, sosial məsuliyyət və empati, fərdi etik davranış ilə sosial məsuliyyətin əlaqəsi, etik davranış qaydaları və etikanın iş mühitində oynadığı rol barədə geniş məlumat verib.

       Təlim zamanı iş mühitində etik qaydaların pozulması halları real nümunələrlə və slayd təqdimatları vasitəsilə ətraflı izah olunub. Əməkdaşlar etikanın xidməti fəaliyyət zamanı qorunması ilə əlaqədar öz fikirlərini bölüşüb və real situasiyə sualları ətrafında interaktiv müzakirə aparılıb.