Yanvarın 23-də Naxçıvan Muxtar Respublikası Dövlət Arxiv İdarəsində əməyin mühafizəsi qaydaları haqqında tədbir keçirilmişdir.
Tədbiri giriş sözü ilə açan Naxçıvan Muxtar Respublikası Dövlət Arxivinin direktoru Şahin Əliyarov əməkdaşlar tərəfindən əməyin mühafizəsi ilə bağlı norma və prinsiplərə riayət olunmasının təhlükəsiz və sağlam əmək mühitinin formalaşmasına töhfə verdiyini bildirmişdir.
Daha sonra əməyin mühafizəsi üzrə məsul şəxs Şamxal Məmmədov tərəfindən əməkdaşlara “Əməyin mühafizəsi normalarına və qaydalarına əməl olunmasına dair ümumi Təlimat”da nəzərdə tutulmuş norma və qaydalar izah edilmiş, əməkdaşların əməyin mühafizəsi norma və qaydalarının tələblərinə riayət etməsinin vacibliyi diqqətə çatdırılmışdır.