Naxçıvan Muxtar Respublikası Dövlət Arxiv İdarəsində “Beynəlxalq Sülh aylığı” çərçivəsində tədbir keçirilib

Baxış sayı : 5

           Sentyabrın 17-də Naxçıvan Muxtar Respublikası Dövlət Arxiv İdarəsində 21 avqust -21 sentyabr tarixləri ölkəmizdə elan edimiş Beynəlxalq Sülh aylığı” münasibətilə tədbir keçirilib.

Tədbirə  Azərbaycan Respublikasının Ümummillli lideri Heydər Əliyevin və Azərbaycanın müstəqilliyi, ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlanılıb.

Tədbirin giriş sözü ilə Naxçıvan Muxtar Respublikası Dövlət Arxiv İdarəsinin rəisi Mehman Məmmədov açıb. O, sülhün, sabitliyin və təhlükəsizliyin cəmiyyətin inkişafında mühüm rolundan bəhs edərək bu istiqmətdə keçirilən tədbirlərin əhəmiyyətini vurğulayıb.

Daha sonra Naxçıvan Muxtar Respublikası Dövlət Arxivinin Arxiv fond sənədlərindən istifadə edilməsi və publikasiya şöbəsinin müdiri Nilufər Ağayeva  “Azərbaycan  Cənubi Qafqazda  sülh və təhlükəsizliyin əsas təminatçısıdır” mövzusunda  çıxış edib.

Çıxış zamanı məruzəçi əvvəlcə Beynəlxalq Sülh Gününün əsasının 1981-ci ilin 30 noyabr tarixində Birləşmiş Millətlər Təşkilatının (BMT) Baş Assambleyası tərəfindən qoyulmasından bəhs etmiş və 2001-ci ilin 28 sentyabr tarixində Baş Assambleyanın yekdilliklə qəbul etdiyi qərara uyğun olaraq, hər il 21 sentyabr - Beynəlxalq Sülh Günü kimi dünyada qeyd olunmasının ölkəmiz üçün əhəmiyyətini xüsusi vurğulamışdır.         Məruzəçi çıxışına davam edərək Azərbaycan Respublikasının Konstitusiyasında təntənəli surətdə qeyd olunan ülvi niyyətlərdən bəhs edərək, həmin niyyətlərdən birinin Ümumbəşəri dəyərlərə sadiq olaraq bütün dünya xalqları ilə dostluq, sülh və əmin-amanlıq şəraitində yaşamaq və bu məqsədlə qarşılıqlı fəaliyyət göstərmək” olaraq qeyd olunduğunu və Azərbaycan dövlətinin  Konstitusiyada əks olunmuş bu niyyəti əsas tutaraq regionda sülh, sabitlik və təhlükəsizliyin  tərfədarı kimi çıxış etdiyini qeyd etmişdir. Həmçinin o Azərbaycan dövlətinin beynəlxalq səviyyədə tanınmış sərhədləri daxilində ərazi bütövlüyünün bərpasına və regionda davamlı sülhün və təhlükəsizliyin bərqərar edilməsinə nail olmaq məqsədilə 2020-ci ilin 27 sentyabr – 10 noyabr tarixləri ərzində həyata keçirdiyi 44 günlük uğurlu əks hücum əməliyyatları nəticəsində Ermənistanın işğalı altında olan torpaqlarını azad edilməsi məsələsinə toxunaraq,  Erməınistan Azərbaycan arasında aparılan yekun sülh danışıqlarının əhəmiyyətini vurğulamışdır. Məruzəçi Ölkəmizin Beynəlxalq sülhməramlı missiyalarda iştirakı, qlobal humanitar və inkişaf yardımları, enerji və nəqliyyat diplomatiyasının, ümumilikdə qlobal sülhə verdiyi töhfələrin, eləcə də  cənab Prezident İlham Əliyevin müharibəyə yaxınlaşan  ölkələr arasında vasitəçilik etməklə tarixi barışdırıcılıq missiyası həyata keçirməsinin beynəlxalq aləm tərəfindən  yüksək dəyərləndirilməsindən söz açaraq, bu və digər xoşməramlı xidmətlərinə görə dövlətimizin başçısına 2026-cı il fevralın 4-də Birləşmiş Ərəb Əmirliklərinin paytaxtı Əbu-Dabi şəhərində nüfuzlu Şeyx Zayed Fondu tərəfindən “Zayed İnsan Qardaşlığı Mükafatı” na layiq görülməsindən bəhs etmişdir.