Naxçıvan Muxtar Respublikası Dövlət Arxiv İdarəsində 8 Noyabr - Zəfər Gününə həsr olunmuş tədbir keçirilib

Baxış sayı : 5

     Noyabrın 6-da Naxçıvan Muxtar Respublikası Dövlət Arxiv İdarəsində 8 Noyabr – Zəfər Günü münasibətilə tədbir keçirilib.

    İlk olaraq Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin və Vətənimizin azadlığı və ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Daha sonra Azərbaycan Respublikasının Dövət Himni səsləndirilib.

    Tədbiri giriş sözü ilə açan Naxçıvan Muxtar Respublikası Dövlət Arxiv İdarəsinin rəisi Mehman Məmmədov Zəfər Gününün xalqımızın tarixindəki müstəsna əhəmiyyətindən, Azərbaycanın ərazi bütövlüyünün və suverenliyinin bərpasının tarixi nailiyyət olmasından bəhs edib.

    Daha sonra Şahbuz Rayon Dövlət Arxivinin müdiri Elcan Əlizadə, Naxçıvan Muxtar Respublikası Dövlət Arxivinin Arxiv fondlarının və kino-foto sənədlərinin mühafizəsi şöbəsinin müdiri Türkay Həsənova və İnformasiya, axtarış şöbəsinin müdiri Günel Hüseynovanın məruzələri dinlənilib.

    Tədbirin sonunda Vətən müharibəsinin 44 günlük tarixi salnaməsini əks etdirən “44 Günlük Zəfər Tarixi” adlı videoçarx nümayiş etdirilib.