15 İyun – Milli Qurtuluş Gününə həsr olunmuş tədbir keçirilib

Baxış sayı : 26

     İyunun 12-də Naxçıvan Muxtar Respublikası Dövlət Arxiv İdarəsində 15 İyun – Milli Qurtuluş Gününə həsr olunmuş tədbir keçirilib.

     Tədbir Ümummilli Lider Heydər Əliyevin və Azərbaycanın ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərimizin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb.

     Tədbirdə giriş sözü ilə çıxış edən İdarənin rəisi Mehman Məmmədov 15 İyun – Milli Qurtuluş Gününün Azərbaycan dövlətçiliyinin tarixində mühüm mərhələ olduğunu vurğulayaraq, Ümummilli Lider Heydər Əliyevin ölkəmizin müstəqilliyinin qorunması, siyasi sabitliyin təmin edilməsi və dövlət quruculuğu sahəsindəki misilsiz xidmətlərindən bəhs edib.

     Daha sonra Culfa Rayon Dövlət Arxivinin müdiri Şəmil Hacıyev, Naxçıvan Muxtar Respublikası Dövlət Arxivinin əməkdaşları Eliza Hüseynli və Ləman Dünyamalıyevanın məruzələri dinlənilib.

     Tədbirin sonunda “15 İyun Milli Qurtuluş Günüdür” adlı qısametrajlı film nümayiş olunub.