Sentyabrın 27-də Naxçıvan Muxtar Respublikası Dövlət Arxiv İdarəsinin kollektivi Naxçıvan şəhərindəki Vətən müharibəsi şəhidlərinin məzarını ziyarət edərək üzərinə gül dəstələri düzüb, ərazi bütövlüyümüz uğrunda canlarından keçmiş şəhidlərin xatirəsini ehtiramla anıblar.
Tədbir çərçivəsində Naxçıvan Muxtar Respublikası Dövlət Arxiv İdarəsinin rəhbərliyi şəhid ailələrini də ziyarət edib, onların qayğıları ilə maraqlanıb. Görüş zamanı şəhidlərimizin əziz xatirəsinin daim qəlbimizdə yaşayacağı vurğulanıb.
Allah bütün şəhidlərimizə rəhmət eləsin!