Naxçıvan Muxtar Respublikası Dövlət Arxiv İdarəsinin rəisi Mehman Məmmədov may ayının 23-də Sədərək Rayon İcra Hakimiyyətində rayon sakinlərini qəbul edib.
Qəbuldan öncə rayon mərkəzində Ulu Öndər Heydər Əliyevin abidəsi ziyarət olunub, önünə gül dəstələri düzülüb.
Qəbulda İdarənin məsul əməkdaşları və Sədərək Rayon Dövlət Arxivinin müdiri iştirak edib. Qəbulda 4 vətəndaş iştirak edib. Qəbul zamanı vətəndaşların müraciətləri dinlənilib,müvafiq qaydada qeydə alınıb və araşdırılması üçün aidiyyəti üzrə yönləndirilib.