İstehsalat təcrübəsinin yekunlarına həsr olunmuş tədbir keçirilib

Baxış sayı : 8

     19 iyun 2026-cı il tarixdə Naxçıvan Muxtar Respublikası Dövlət Arxiv İdarəsində Naxçıvan Dövlət Universitetinin "Tarix" ixtisası üzrə tələbələrinin istehsalat təcrübəsinin yekunlarına həsr olunmuş tədbir keçirilib.

     Tədbiri giriş sözü ilə Naxçıvan Muxtar Respublikası Dövlət Arxiv İdarəsinin rəisi Mehman Məmmədov açaraq tələbələrin istehsalat təcrübəsinin əhəmiyyətindən, nəzəri biliklərin praktik fəaliyyətlə əlaqələndirilməsində arxiv müəssisəsinin rolundan danışıb.

     Daha sonra Naxçıvan Muxtar Respublikası Dövlət Arxivinin əməkdaşları Toğrul Qasımov “İstehsalat təcrübəsinin tələbələrin peşəkar inkişafında rolu”, Samirə Sadıqlı “Cəmiyyətin sosial-mədəni inkişafında arxivlərin rolu" mövzularında çıxış ediblər. Həmçinin Naxçıvan Dövlət Universitetinin Tarix-filologiya fakültəsinin “Tarix” ixtisası üzrə IV kurs tələbəsi Əziz Vəliyev “İstehsalat təcrübəsi: nəzəri biliklərin tətbiqi” mövzusunda çıxış edib. O, təcrübə müddətində əldə etdiyi bilik və bacarıqlar, arxiv işi sahəsində qazandığı təcrübə barədə məlumat verib.

     Sonda tələbələrə xasiyyətnamələr təqdim olunub və onlara gələcək fəaliyyətlərində uğurlar arzulanıb.