İyunun 8-də Naxçıvan Muxtar Respublikası Dövlət Arxiv İdarəsində “İnsan hüquqları – cəmiyyətin inkişafının və ədalətin əsası” mövzusunda maarifləndirici tədbir keçirilib.
Tədbiri giriş sözü ilə açan idarənin rəisi Mehman Məmmədov çıxış edərək mövzunun aktuallığını qeyd edib. O, bu gün hər bir cəmiyyətin varlığı və gələcəyi üçün insan hüquqlarının qorunmasının ən fundamental mövzulardan biri olduğunu bildirib.
Daha sonra idarənin kadr işləri üzrə baş məsləhətçisi Şəhanə İmanova mövzu ətrafında geniş məruzə ilə çıxış edərək insan hüquqlarının cəmiyyətin formalaşmasındakı roluna toxunub. Çıxış zamanı ədalətli bir cəmiyyətin fərdin hüquq və azadlıqlarına verilən dəyərlə ölçüldüyü qeyd olunub. Bildirilib ki, insan hüquqları təmin olunduqda və hər kəs qanun qarşısında bərabər olduqda cəmiyyətdə etimad və sabitlik yaradır. Həmçinin insan hüquqlarının təmin edilməsinin sadəcə hüquqi öhdəlik olmadığını, eyni zamanda cəmiyyətdə ədalətin, bərabərliyin və davamlı inkişafın ən mühüm şərti olduğunu diqqətə çatdırıb və idarə fəaliyyətində bu prinsiplərin hər zaman uca tutulduğunu vurğulayıb.
Tədbir insan hüquqlarının və ədalət prinsiplərinin təbliğinin davamlı olmasının vacibliyi vurğulanaraq başa çatıb.