İyulun 2-də Naxçıvan Muxtar Respublikasının Dövlət Arxiv İdarəsində dövlət təltifinə layiq görülmüş əməkdaş ilə görüş keçirilib və “Rəşadətli əməyə görə” nişanı təqdim edilib.
Qeyd edək ki, Naxçıvan Muxtar Respublikası Ali Məclisi sədrinin 2025-ci il 23 iyun tarixli Sərəncamına əsasən dövlət qulluğunda səmərəli fəaliyyətlərinə görə bir qrup dövlət qulluqçusu təltif edilib.
Təltif edilənlər siyahısında Naxçıvan Muxtar Respublikası Dövlət Arxiv İdarəsinin bir nəfər əməkdaşı da yer alıb. Naxçıvan Muxtar Respublikası Dövlət Arxiv İdarəsinin aparatında kadr işləri üzrə baş məsləhətçi vəzifəsində çalışan İmanova Şəhanə İsmayıl qızı “Rəşadətli əməyə görə” nişanı ilə təltif olunub.
Dövlət Arxiv İdarəsinin rəisi Mehman Məmmədov çıxışında göstərilən yüksək qiymətə görə dövlətimizə dərin minnətdarlığını bildirərək, əməkdaşı təbrik edib. Əməkdaşa “Rəşadətli əməyə görə” nişanını təqdim edərək fəaliyyətində uğurlar arzulayıb.
Sonda Şəhanə İmanova çıxış edərək fəaliyyətinə verilən yüksək qiymətə, göstərilən diqqət və etimada görə minnətdarlığını bildirib.