Dövlət Arxiv İdarəsində tədris-metodiki toplanış keçirilib.

Baxış sayı : 106

  Naxçıvan Muxtar Respublikasının Fövqəladə Hallar Nazirliyinin Mülki müdafiə və əməliyyat planlaşdırma işinin təşkili idarəsinin əməkdaşları tərəfindən Naxçıvan Muxtar Respublikası Dövlət Arxiv İdarəsinin mülki müdafiə dəstələrinin komandir - rəis heyəti ilə "Fövqəladə hallar zamanı idarəetmənin,qarşılıqlı fəaliyyətin təşkili, hərbiləşdirilməmiş mülki müdafiə dəstələri və komandir- rəis heyətinin təyinatı, tərkibi və vəzifələri" mövzusunda tədris-metodiki toplanış keçirilib.

 

  Tədris-metodiki toplanış zamanı İdarənin fövqəladə hallar zamanı üzərinə düşən məsul vəzifələr müzakirə edilib, mülki müdafiə qüvvələrinin heyətinə fövqəladə hadisələr zamanı yarana biləcək təhlükələrdən mühafizənin üsul və vasitələri diqqətə çatdırılıb, işçilərin təxliyyə edilməsi fərdi və kollektiv mühafizə vasitələrindən istifadəsi üzrə qaydalar haqqında ətraflı məlumat verilib.