Dövlət Arxiv İdarəsində seminar keçirilib.

Baxış sayı : 242

    31 iyul  2025-ci il tarixində Naxçıvan Muxtar Respublikası Dövlət Arxiv İdarəsində “Arxivin komplektləşdirilməsi və sənədlərin dəyərinin ekspertizası” mövzusunda seminar keçirilib.

    Dövlət Arxiv İdarəsinin 2025-ci ilin  İş Planına uyğun olaraq keçirilən seminarda İdarənin, Dövlət Arxivinin əməkdaşları və rayon dövlət arxivlərinin müdirləri iştirak ediblər.

    Seminarı açıq elan edən Naxçıvan Muxtar Respublikası Dövlət Arxivnin direktoru Şahin Əliyarov seminarın əhəmiyyəti barədə məlumat verib.

    Dövlət Arxiv İdarəsinin komplektləşdirmə, idarə arxivlərinin yaradılması və kargüzarlıq üzrə baş məsləhətçisi Cəfər Məmmədhəsənov çıxış edərək arxivin komplektləşdirmə mənbələrinin müəyyənləşdirilməsi,  komplektləşdirmə mənbələri olan təşkilatların siyahılarının hazırlanması, komplektləşmə mənbəyi olan təşkilatlardan sənədlərin qəbul formaları  haqqında məlumat verib. 

    Dövlət Arxiv İdarəsinin aparıcı məsləhətçisi Şamxal Məmmədov  Ekspert Yoxlama Komissiyasının  işinin təşkili, daimi, uzun müddət saxlanılan və saxlanma müddəti bitmiş sənədlərin müəyyənləşdirilməsi, saxlanma müddəti bitmiş sənədlərin uçotdan xaric edilməsi və məhvə ayrılması haqqında məlumat verib.

    Daha sonra seminar sual-cavab formatında davam etmişdir.