Dövlət Arxiv İdarəsində maarifləndirici tədbir keçirilib.

Baxış sayı : 82

  Oktyabrın 28-də Naxçıvan Muxtar Respublikası Dövlət Arxiv İdarəsində “Müəssisə və təşkilatlarda fövqəladə hallara hazırlığın vəziyyəti diqqət mərkəzində saxlanılır, fövqəladə hallar zamanı davranış və yanğın təhlükəsizliyi qaydaları, dəm qazı təhlükəsindən qorunmanın yolları” mövzusunda maarifləndirici tədbir keçirilmişdir.

  Tədbiri giriş sözü ilə açan Naxçıvan Muxtar Respublikası Dövlət Arxiv İdarəsinin rəisi Mehman Məmmədov tədbirin əhəmiyyətindən danışıb.

  Naxçıvan Muxtar Respublikası Fövqəladə Hallar Nazirliyinin fövqəladə halların xəbərdar edilməsi şöbəsinin rəisi daxili xidmət polkovnik-leytenantı Mirtaleh Seyidov Naxçıvan Muxtar Respublikasının ərazisi üçün xarakterik olan fövqəladə hallar, onların xüsusiyyətləri, zəlzələ və zəlzələ hadisəsi zamanı davranış qaydaları,  payız-qış mövsümü dövründə qaz cihazlarından təhlükəsiz istifadə qaydaları, dəm qazı təhlükəsindən qorunmanın mümkün yolları, yanğın təhlükəsizliyi sahəsində müəssisələrin, vətəndaşların hüquq və vəzifələri haqqında tədbir iştirakçılarına məlumat vermişdir.

  Tədbir müddətində iştirakçılara mövzu ilə bağlı slayd və videoçarxlar təqdim olunmuşdur.