Dövlət Arxiv İdarəsində “Elektron sənəd dövriyyəsi sisteminin tətbiqi və istifadəsi” mövzusunda seminar keçirilib

Baxış sayı : 189

          Fevralın 23-də Naxçıvan Muxtar Respublikası Dövlət Arxiv İdarəsinin əməkdaşları üçün “Elektron sənəd dövriyyəsi sisteminin tətbiqi və istifadəsi” mövzusunda seminar keçirilmişdir.

 

          Tədbiri giriş sözü ilə açan Naxçıvan Muxtar Respublikası Dövlət Arxivinin direktoru Şahin Əliyarov seminarın məqsəd  və əhəmiyyəti haqqında məlumat verib. Qeyd olunub ki, müasir idarəetmə sistemində elektron sənəd dövriyyəsinin tətbiqi operativliyin artırılması, şəffaflığın təmin edilməsi baxımından mühüm əhəmiyyət kəsb edir.

 

          Daha sonra İnformasiya, axtarış və beynəlxalq əlaqələr üzrə baş məsləhətçi Fərid Abdullayev çıxış edərək Elektron Sənəd Dövriyyəsi platformasının tanıdılması, prinsipləri, üstünlükləri, sənədlərin göndərilməsi və qəbul edilməsi barədə təqdimatla çıxış edərək ətraflı məlumat verib, mövzu praktik şəkildə izah olunub.

 

          Sonda mövzu ətrafında müzakirələr aparılıb, əməkdaşların sualları cavablandırılıb.