Dövlət Arxiv İdarəsində növbəti seminar keçirilib.

Baxış sayı : 64

      Oktyabrın 31-də Naxçıvan Muxtar Respublikası Dövlət Arxiv İdarəsində “Arxiv sənədlərinin fondlaşdırılması və qeydiyyatı” mövzusunda seminar keçirilib.

      Dövlət Arxiv İdarəsinin 2025-ci il  İş Planına uyğun olaraq keçirilən seminarda İdarənin, Dövlət Arxivinin əməkdaşları və rayon dövlət arxivlərinin müdirləri iştirak ediblər.

      Seminarı açıq elan edən Dövlət Arxiv İdarəsinin rəisi Mehman Məmmədov sözügedən mövzu üzrə keçirilən seminarın əməkdaşların bilik və bacarıqlarının artırılmasındakı rolu haqqında danışıb.

      Dövlət Arxiv İdarəsinin baş məsləhətçisi Cəfər Məmmədhəsənov çıxış edərək sənədlərin mülkiyyət formalarına, yazı materialına, informasiyanın verilmə üsulu və texnikasına görə təşkili, sənədlərin fondlaşdırılması haqqında məlumat verib. 

      Dövlət Arxiv İdarəsinin aparıcı məsləhətçisi Şamxal Məmmədov  dövlət arxivlərində sənədlərin qeydiyyatı,  əsas və köməkçi qeydiyyat sənədləri haqqında məlumat verib.

      Daha sonra seminar sual-cavab formatında davam etmişdir.