“Arxivlər etibarlı saxlanc yeridir” və “Tarixin yaddaşı” sərlövhəli məqalələr “Şərq qapısı” qəzetinin 25.10.2025 –ci il tarixli sayında dərc olunmuşdur.
“Arxivlər etibarlı saxlanc yeridir” məqaləsində Naxçıvan Dövlət Arxivində mühafizə olunan şəxsi mənşəli fondlardan, onların toplanmasından, onlardan istifadə olunmasından, ayrı-ayrı şəxslərdə olan qiymətli sənədlərin, dövlət mühafizəsinə verilməsinin zəruriliyindən bəhs edilir.
Dövlət Arxiv Fond sənədləri əsasında hazırlanmış “Tarixin yaddaşı” sərlövhəli məqalədə isə, Azərbaycan ədəbiyyatının görkəmli şairi Hüseyn Cavidin represiyya illərində - 1937-ci ildə həbs olunması və sürgünə göndərilməsi, islah əmək düşərgəsində vəfat etməsi, həmçinin onun nəşinin Naxçıvana gətirilərək, şairin xatirəsinin əbədiləşdirilməsi haqqında məlumatlar öz əksini tapmışdır.
Məqalələrin tam mətni ilə Şərq qapısı qəzetinin e-versiyası (səhifə 11) ilə tanış ola bilərsiniz.