Arxiv İdarəsi əməkdaşının 65 illik yubileyi qeyd olunub

Baxış sayı : 129

          Fevralın 24-ü Naxçıvan Muxtar Respublikası Dövlət Arxivinin Arxiv fond sənədlərindən istifadə edilməsi və publikasiya şöbəsinin müdiri, ömrünün 40 ilini mədəniyyətimizin təbliğinə və inkişafına həsr etmiş fədakar həmkarımız, Əməkdar mədəniyyət işçisi İsmayılova Zülfiyə İsmayıl qızının 65 illik yubileyi təntənəli şəkildə qeyd edilib.

          Yubiley münasibətilə keçirilən tədbirdə idarənin rəhbəri Mehman Məmmədov çıxış edərək Zülfiyə xanımı təbrik etmiş, onun fəaliyyət göstərdiyi illər ərzində öz sahəsinin peşəkarı olmaqla yanaşı, həm də gənc mütəxəssislər üçün əsl məktəb, mənəvi ustad olduğunu qeyd edərək onun kollektivin nüfuzunun artmasındakı rolunu xüsusi vurğulamışdır.

          Daha sonra ona rəhbərlik tərəfindən zəriflik və ehtiram rəmzi olan gül dəstəsi təqdim olunmuşdur.

          Sonda bütün kollektiv yubilyarı təbrik etmiş, xatirə fotoları çəkilmişdir.