31 Mart – “Azərbaycanlıların Soyqırımı Günü” ilə əlaqədar anım tədbiri keçirilib

Baxış sayı : 111

          Martın 31-də Naxçıvan Muxtar Respublikası Dövlət Arxiv İdarəsində 31 mart – Azərbaycanlıların Soyqırımı Günü münasibətilə anım tədbiri təşkil olunub.

          Tədbirin əvvəlində şəhidlərin və soyqırımı qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

          Daha sonra idarənin rəisi Mehman Məmmədov çıxış edərək 1918-ci ilin mart hadisələrinin mahiyyəti, azərbaycanlılara qarşı törədilmiş soyqırımı haqqında ətraflı məlumat verib. O, bu hadisələrin unudulmamasının və gələcək nəsillərə çatdırılmasının vacibliyini vurğulayıb.

          Tədbir çərçivəsində Naxçıvan Muxtar Respublikası Dövlət Arxivinin əməkdaşları Samirə Sadıqlı, Səbinə Əmiyeva və Eliza Hüseynli çıxış edərək soyqırımı qurbanlarının xatirəsinin daim uca tutulmasının önəmini qeyd ediblər.