1964-1972-ci illərə aid rəqəmsallaşdırılan videomaterialların təqdimatı keçirilib

Baxış sayı : 41

       Naxçıvan Muxtar Respublikasının Dövlət Arxivində mühafizə olunan və 1964-1972-ci illəri əhatə edən 27 ədəd Naxçıvan Televiziyasına məxsus kinolent elektronlaşdırılması üçün Azərbaycan Respublikasının Milli Arxiv İdarəsinə təqdim edilmişdir.

       Elektronlaşdırılma prosesi uğurla tamamlandıqdan sonra kinolentlərin rəqəmsal formaları yenidən Naxçıvan Muxtar Respublikası Dövlət Arxivinə qaytarılmışdır. Hazırlanmış materiallar arxiv əməkdaşlarına proyektor vasitəsilə təqdim olunmuş və əməkdaşlar tərəfindən izlənilmişdir.

       Kinolentlərdə həmin dövrə aid televiziya verilişləri, müxtəlif tədbirlər, mövcud nöqsanların çəkilişləri, həmçinin təbii fəlakətlərə dair görüntülər və sairə yer alır. Təqdimat zamanı bu kinolentlərin arxiv irsinin qorunması və Naxçıvan televiziya tarixinin öyrənilməsi baxımından mühüm əhəmiyyət  daşıdığı vurğulanmışdır.