VƏZİFƏLƏR

Baxış sayı: 266
  • Naxçıvan  Muxtar Respublikası arxiv fondunun sənədlərinin dövlət arxivlərində komplektləşdirilməsi və mühafizəsi işini təşkil etmək, onların müəyyən olunmuş qaydalara uyğun dövlət arxivlərinə verilməsi işinə nəzarət etmək;
  • Naxçıvan Muxtar Republikası arxiv fondunun sənədlərinin mərkəzləşdirilmiş dövlət qeydiyyatını aparmaq, həmin sənədlərin komplektləşdirilməsi, dövlət qeydiyyatı, mühafizəsi və istifadəsi səhəsində qanunvericiliyin tələblərinin icrasına nəzarəti təmin etmək;
  • Müvafiq dövlət orqanları ilə birlikdə idarə arxivləri şəbəkəsinin təkmilləşdirilməsi və onların işinin təşkilinin yaxşılaşdırılması sahəsində tədbirlər həyata keçirmək;
  • Arxiv fondunun sənədlərinin komplektləşdirilməsi, qeydiyyatı, mühafizəsi və istifadəsinə dair normativ hüquqi aktların hazırlanmasında iştirak etmək;
  • Müəyyən olunmuş qaydada dövlət arxivlərinin struktur və şəbəkəsinin təkmilləşdirilməsi işini təşkil etmək;
  • Arxiv fonduna daxil olan muxtar respublika əhəmiyyətli sənədlərin dairəsini qanunvericiliyə uyğun olaraq müəyyənləşdirmək və onların dövlət arxivlərində cəmləşdirilməsi işini həyata keçirmək, aidiyyəti üzrə razılaşdırmaqla muxtar respublika daxilində sənədlərin bir arxivdən başqasına verilməsi məsələsinə baxmaq və həll etmək;
  • İnformasiya və  kommunikasiya texnologiyalarını tətbiq etməklə arxiv işinin modernləşdirilməsini, arxiv sənədlərinin rəqəmsallaşdırılmasını və mərkəzləşdirilmiş elektron arxiv məlumat sisteminin yaradılmasını təmin etmək, habelə Naxçıvan Muxtar Respublikası arxiv fondunun məzmunu və tərkibi haqqında məlumatların əldə olunması üçün ənənəvi arxiv məlumatları sistemi növlərindən istifadə edərək, bu məlumatların axtarılmasını təmin etmək;
  • Dövlət arxivlərində mərkəzləşdirilmiş məlumat bankı sisteminin  yaradılmasını təşkil etmək;
  • Sənədlərin daimi mühafizə üçün dövlət arxivinə verilməsi məqsədi ilə onların elmi və əməli dəyərinin ekspertizasını təşkil etmək, dövlət orqanlarının (qurumlarının), bələdiyyə orqanlarının, idarə, müəssisə və təşkilatların fəaliyyəti nəticəsində yaranan arxiv sənədlərinin saxlanılma müddəti göstərilməklə nümunəvi siyahısını və həmin müddətlərin tətbiqi qaydasını təsdiq etmək, dövlət orqanları (qurumları), bələdiyyə orqanları, idarə, müəssisə və təşkilatlar tərəfindən hazırlanmış arxiv sənədlərinin sahə siyahılarını razılaşdırmaq;
  • Öz səlahiyyətləri çərçivəsində mülkiyyət formasından asılı olmayaraq idarə, təşkilat və müəssisələr tərəfindən arxiv işi sahəsində qanunvericiliyin tələblərindən irəli gələn tədbirlərin yerinə yetirilməsinə, arxiv fondlarının mühafizəsi və istifadəsinə nəzarət etmək;
  • Naxçıvan Muxtar Respublikası arxiv fondunun sənədlərini mülkiyyət formasından və mühafizə yerindən asılı olmayaraq dövlət qeydiyyatına götürmək;
  • Qeyri-dövlət arxivlərinin sahiblərinə onların öz arxivlərini komplektləşdirməsi, mühafizəsi və istifadəsi işində kömək göstərmək;
  • Dövlət arxiv xidməti təşkilatlarının fəaliyyət sahələri üzrə ödənişli arxiv xidmətlərinin siyahısı və onların göstərilməsinə görə xidmət haqlarının məbləği barədə aidiyyəti üzrə təkliflər vermək;
  • Naxçıvan Muxtar Respublikası arxiv fonduna daxil olan sənədləri müəyyən olunmuş qaydada nəşr etmək. Arxiv fondu sənədlərinin tərkibi və məzmunu haqqında məlumat xarakterli vəsaitlərin nəşrini təşkil etmək, ictimaiyyətin retrospektiv sənədlər məlumatına ehtiyacını və sənədlərdən istifadə sahəsində səmərəlilik işinin öyrənilməsini əlaqələndirmək;
  • Müəyyən olunmuş qaydada hüquqi və fiziki şəxslərə Naxçıvan Muxtar Respublikası arxiv fonduna daxil olan sənədlərin surətlərini muxtar respublika ərazisindən kənara çıxarmağa icazə vermək;
  • Naxçıvanın tarixi və mənəvi irsi ilə bağlı sənədlər və ya onların surətləri aşkar edildikdə, onların muxtar respublikaya qaytarılması və ya alınması barədə müvafiq dövlət orqanlarına təkliflər vermək;
  • Dövlət arxivlərində sənədlərin mühafizəsi, istifadəsi, bərpası, surətələrin çıxarılması və sair işlərə aid daha mükəmməl sistem və metodlardan istifadəni həyata keçirmək;
  • Tabeliyində olan dövlət arxivlərinin əməkdaşlarının, habelə mərkəzi və yerli icra hakimiyyəti orqanlarının, idarə, təşkilat və müəssisələrin arxiv işçilərinin əlavə təhsili üzrə müvafiq tədbirlər görmək;
  • Dövlət arxivlərində mühafizə olunan sənədlərdə vətəndaşların şəxsi və ailə həyatı haqqında informasiya daşıyıcıları olan arxiv sənədllərindən istifadə və müəlliflik hüquqlarının qorunması barədə qanunvericiliyin tələblərinə əməl olunmasına nəzarət etmək;

Qanunvericiliklə İdarəyə həvalə olunmuş digər vəzifələri yerinə yetirmək.