Sədərək rayonunda vətəndaş qəbulu keçirilib.

Baxış sayı : 40
image

         Naxçıvan Muxtar Respublikası Dövlət Arxiv İdarəsinin rəisi Mehman Məmmədov sentyabrın 17-də Sədərək Rayon İcra Hakimiyyətinin inzibati binasında vətəndaş qəbulu həyata keçirib.

     Qəbulda İdarənin məsul əməkdaşı və Sədərək Rayon Dövlət Arxivinin müdiri iştirak edib. Qəbulda 3 vətəndaş iştirak edib. Qəbul zamanı vətəndaşlar əmək stajı və əməkhaqqı barədə arxiv arayışlarının verilməsi, həmçinin digər məsələlərlə bağlı müraciət ediblər. Daxil olan müraciətlərin operativ araşdırılması və cavablandırılması barədə aidiyyəti üzrə tapşırıqlar verilib. Vətəndaşlar göstərilən diqqətə görə minnətdarlıqlarını ifadə ediblər.

        Qeyd edək ki, növbəti vətəndaş qəbulu Şahbuz rayonunda keçiriləcəkdir.