Mehman Məmmədov Babək rayonunda vətəndaşları qəbul edib

Baxış sayı : 13
image

         Naxçıvan Muxtar Respublikası Dövlət Arxiv İdarəsinin rəisi Mehman Məmmədov  avqust ayının 28-də Babək Rayon Dövlət Arxivinin yerləşdiyi inzibati binada vətəndaş qəbulu həyata keçirib. Qəbulda İdarənin məsul əməkdaşı və rayon dövlət arxivinin müdiri iştirak edib. Qəbul zamanı vətəndaşların müraciətləri dinlənilib, arxiv arayışı və çıxarışı, o cümlədən arxiv sənədlərinin təsdiq edilmiş surətləri üçün müraciət edən vətəndaşların ərizələri qəbul edilib. Əmək stajı və əməkhaqqı barədə məlumatların verilməsi üçün müraciət etmiş bir vətəndaşa arxiv arayışı təqdim edilmiş, daxil olan müraciətlərin operativ araşdırılması və cavablandırılması barədə aidiyyəti üzrə tapşırıqlar verilib.

        Qeyd edək ki, vətəndaş qəbulunun muxtar respublika üzrə bütün rayonlarda keçirilməsi nəzərdə tutulub.